İrandan Azərbaycana məhsul idxalında problem yaşanır?
Far.Az xəbər saytı

İrandan Azərbaycana məhsul idxalında problem yaşanır?


İran və İsrail arasında son günlər yaşanan gərginlik sözsüz ki, İran iqtisadiyyatına və ticarət dövriyyəsinə təsirsiz ötüşməyəcək.

Bəs hazırda cənub qonşumuzun müharibə şəraitində olması bazara necə təsir edib?  İrandan gələn məhsullar bahalaşıbmı? Ümumiyyətlə məhsulların idxalında hansısa problem varmı?

BAKU.WS xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlər artmasa da artıq bəzi məhsulların idxalı dayanıb.

İqtisadçı ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, İsrail və İran arasında yaşanan gərginlik Azərbaycan-İran arasında olan idxal-ixrac prosesində fasilələr yaradacaq.

İqtisadçı əlavə edib ki, İrandan ölkəmizə idxal olunan məhsulların 30%-dən çoxu qida məhsullarıdır.

Ekspertin sözlərinə görə, İran-İsrail gərginliyi uzunmüddətli davam edərsə İrandan idxal imkanları məhdudlaşacaq, idxal olunan məhsullar bahalaşacaq.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər