Neftin qiyməti kəskin BAHALAŞDI
Far.Az xəbər saytı

Neftin qiyməti kəskin BAHALAŞDI


Londonun "ICE" birjasında 2025-ci ilin avqustunda çatdırılacaq "Brent" markalı neftin fyuçerslərinin qiyməti yanvarın 20-dən bəri ilk dəfə bir barel üçün 81 dolları ötüb.

Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, "Brent" markalı neftin qiyməti artımını əhəmiyyətli dərəcədə sürətləndirib və yanvarın 21-dən bəri ilk dəfə 80 dolları keçərək 81,41 dollara yüksəlib.

Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılacaq "WTI" markalı xam neftin fyuçersləri 5,89% bahalaşaraq bir barel üçün 78,40 dollar təşkil edib.

Oxşar xəbərlər

“Brent” markalı neftin qiyməti yanvarın 9-dan ilk dəfə 76 dollardan aşağı düşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Neft qiymətləri bahalaşır: 100 dollara çata bilərmi?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Brent” markalı neft ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər