İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi?
Far.Az xəbər saytı

İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi?


İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.

BAKU.WS ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar dayandırılıb. Üstəlik, bu ölkələrin hava məkanını bağlaması digər aviaşirkətlərin də uçuş məsafəsinin uzanmasına səbəb olur.

Turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, bu vəziyyət Azərbaycana da mənfi təsir göstərəcək. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sıralamasında İran və Körfəz ölkələri ilk onluqda yer alan əsas ölkələrdəndir.

"Hava məkanının bağlı olması birbaşa uçuşların ləğvi ilə nəticələnir ki, bu da turizm axınına mənfi təsir göstərəcək", - deyə o bildirib.

Turizmçilər əsas narahatlığın Körfəz ölkələrindən gələn turistlərlə bağlı olduğunu deyirlər. Əgər əvvəllər bu turistlər İran üzərindən uçaraq Dubaydan Bakıya 2.5-3 saata çata bilirdilərsə, indi bu müddət 5-6 saata qədər uzanır.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycana çinli turistlərin kütləvi axını olacaqmı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər