Şəkərdən əziyyət çəkənlər üçün ən faydalı qida
Qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq istəyənlər üçün pendir faydalı qida hesab olunur.
Far.Az xəbər verir ki, az karbohidrat, yüksək zülal və yağ tərkibi ilə qanda şəkərin kəskin artmasının qarşısını alır. Sertifikatlı diyetoloqlar və diabet üzrə mütəxəssislər bəzi pendirləri rasiona daxil etməyi tövsiyə edir.
Mozzarella pendiri
Diyetoloq Emi Kimberleynin sözlərinə görə, qismən yağsız mozzarella daha faydalıdır. 28 qramında 2 qram karbohidrat, 7 qram zülal və 3 qram doymuş yağ var.
Parmezan
Həkim Deyvis bildirir ki, sürtgəcdən keçirilmiş parmezan yeməklərə ləzzət qatır və karbohidrat baxımından çox azdır. 28 qramında 10 qram zülal, 1.5 qram karbohidrat var.
Kəsmik (tvoroq)
Yarım stəkan yağsız və az duzlu kəsmik 12 qram zülal və 5 qram karbohidrat verir. Bu da diabet xəstələri üçün əlverişlidir.
Çeddar pendiri
Uzun müddət saxlanmış çeddar B12 vitamini ilə zəngindir. 42 qramı gündəlik B12 ehtiyacının 19%-ni qarşılayır.
Şveytsariya pendiri
Bu pendirin 28 qramında 53 mq natrium, 8 qram zülal və 1 qramdan az karbohidrat var. Az yağlı variantı seçmək tövsiyə olunur.
Rikotta
Yarım stəkan qismən yağsız rikotta 14 qram zülal və 6 qram karbohidrat təmin edir. Bu da diabet xəstələri üçün yaxşı seçimdir.
Nəticə olaraq, pendir təkcə dadlı deyil, həm də sağlamlıq üçün faydalı ola bilər. Xüsusilə düzgün seçilmiş növləri qanda şəkərin sabit qalmasına kömək edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu qidalar qanda şəkəri AŞAĞI SALIR
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













