Bu qidalar qanda şəkəri AŞAĞI SALIR
Dietoloqlar şəkər səviyyəsini normada saxlamaq üçün yüksək keyfiyyətli zülalla zəngin qidaların qəbulunu tövsiyə edir. Bu qidalar insulinə qarşı dözümsüzlüyün qarşısını almağa, tox qalmağa və əzələ kütləsini qorumağa kömək edir.
BAKU.WS şəkəri aşağı salmağa kömək edən zülallı qidaları təqdim edir:
Yumurta – A, B6, B12 vitaminləri, natrium, kalium və xolinlə zəngindir. Karbohidrat miqdarı isə azdır.
Soyulmuş bişmiş qızılbalıq (losos) – 85 qramında 22 qramdan çox zülal var. Həmçinin omeqa-3 yağ turşuları, kalsium, natrium, xolin, A vitamini və seleniumla da zəngindir.
Sümüksüz mal əti (stek) – 113 qramlıq bir porsiyada 22 qramdan çox zülal var. Mal əti həm də asan mənimsənilən dəmir mənbəyidir.
Kəsmik – Yarım stəkan yağlı kəsmik 13 qram zülal verir. Bundan əlavə, kalsium, fosfor, A vitamini və beta-karotinlə də zəngindir.
Fıstıq yağı – 2 qaşıq fıstıq yağı 8 qram zülal və çoxlu lif, maqnezium, sink, fol turşusu və B3 vitamini verir.
Toyuq budu – Bir bişmiş bud 25 qram zülal verir. Toyuq həm də bütün vacib amin turşularını ehtiva edir.
Qarışıq qoz-fındıq – 28 qramında 5 qram zülal var.
Bu qarışıqlar həm də faydalı yağlar və minerallarla zəngindir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın kənd təsərrüfatının yeni uğuru: Ölkəmizdə bol olan yumurta üstündə dünyada davadır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həkim D vitamininin funksiyalarından danışdı - Görün nələrə səbəb olur…
Qarın yağını itirməyə kömək edəcək 8 qida
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Metroda problem: Qatarlar tuneldə qaldı
-
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
-
"Səksənə çatanda səksənir hamı" - Ramiz Rövşəndən təsirli şeir













