ABŞ-nin İrana hücumda Türkiyənin hava məkanından istifadəsinə dair iddialar dezinformasiyadır
İranın nüvə obyektlərinə hücum həyata keçirən ABŞ-a aid qırıcıların Türkiyənin hava məkanından istifadə etməsinə dair müxtəlif dairələrdə səsləndirilən iddialar dezinformasiyanın məhsuludur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, İsrailin İrana hücumlarında Türkiyənin hava məkanından istifadə olunmadığı kimi, ABŞ-nin İranda yerləşən nüvə obyektlərinə hücumlarda da bu, qeydə alınmayıb.
"ABŞ-dən havaya qalxaraq və Cəbəllütariq boğazı istiqamətindən daxil olaraq Aralıq dənizinin cənub hissəsindən İsrailə çatan təyyarələr İraqın üzərindən İrana zərbələr endirib. Həmin bombardmançı təyyarələr hücumdan sonra eyni istiqamətdə də (Krit adasının Cənubundan) yanacaq doldurulması prosesindən sonra ABŞ ərazisinə geri qayıdıb", - məlumatda bildirilib.
Həmçinin Türkiyənin Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsinin tərəfdarı olmaqda davam etdiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə bu məqsədlə diplomatiyanın təmin olunması üçün göstərilən təşəbbüslərə üstünlük verdiyi, bunun əksinə istiqamətlənən hər cür iddia dezinformasiya olduğu açıqlanıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ABŞ Avropaya növbəti strateji bombardmançı təyyarə göndərib
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - ANALİZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













