Müsavat partiyasının üzvləri restoranda ofisiantı döydülər: Həbs olunanlar var
Müsavat Partiyasının üç əməkdaşı həbs edilib.
BAKU.WS Oxu,az-a istinadən xəbər verir ki, partiyanın Biləsuvar rayon təşkilatının üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev Biləsuvar rayonunda ofisiantı döyməkdə təqsirləndirilirlər.
Belə ki, Müsavat Partiyasının Biləsuvar rayon təşkilatı restoranlardan birində məclis təşkil edib. Məclisdə qonaqlara restoranın Orxan adlı ofisiantı xidmət edib.
Məclisin sonunda partiya üzvü Ələddin Ələsgərli ofisiantdan restoran rəhbərliyinə şikayət edib və ofisiantın qonaqlara lazımi səviyyədə xidmət göstərmədiyini deyib. Nəticədə restoran rəhbərliyi Orxanın maaşını kəsib. Buna etiraz edən Orxan Ələddinə etirazını bildirib. Ə.Ələsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev birləşərək ofisiantı döyüblər və ona xəsarətlər yetiriblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Ələddin Ələsgərli və Cabir Vəliyevin hər biri 2 il 3 ay, Qoşqar Nuralı isə 2 il azadlıqdan məhrum ediliblər və təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunublar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













