Aurası ən yüksək olan 5 bürc açıqlandı – Onlar hər yerdə diqqət cəlb edirlər
Auranın gücü bəzən sözsüz belə insanı fərqləndirə bilir. Bəzi insanlar var ki, hansı mühitə daxil olsalar, diqqətləri öz üzərinə çəkməyi bacarırlar.
BAKU.WS xəbər verir ki, bu cür enerjisi güclü insanların bürcləri ilə də birbaşa əlaqəsi var.
Mütəxəssislərə görə, aurası ən yüksək olan 5 bürc bunlardır:
Əqrəb
Əqrəblər çox vaxt səssiz və sakit olsalar da, olduqları yeri idarə edirlər. Onların baxışları belə insanı təsir altında saxlayır. Güclü intuisiya və dərin aura bu bürcün təməl xüsusiyyətlərindəndir.
Şir
Özünəinamlı, cazibədar və lider ruhlu Şirlər girdikləri məkanlarda tez fərqlənirlər. Onlar doğuşdan diqqət mərkəzində olmağa vərdiş ediblər. Auraları ilə insanları heyran edə bilirlər.
Balıq
Bu bürc insanlarının enerjisi sakit, lakin çox dərin olur. Onlar empatiya və ruhi yaxınlıqla başqalarının qəlbinə toxunmağı bacarırlar. Balıqların aurası incə olsa da, güclü "vibrasiya" yayır.
Oxatan
Azad ruhlu, enerjili və pozitiv aurası ilə tanınan Oxatanlar ətraflarına daima xoş enerji yayan bürclərdəndir. Onların təbii xarizması insanları özünə çəkir.
Tərəzi
Estetikaya və harmoniyaya önəm verən Tərəzilər çox zaman zərif və ahəngdar auraları ilə seçilirlər. Onlarla ünsiyyət rahatlıq və pozitivlik gətirir.
Bu bürclərin nümayəndələri enerjiləri ilə ətraf mühitə təsir göstərməyi bacarırlar. Onların yanındaykən özünüzü daha güvəndə, rahat və pozitiv hiss edə bilərsiniz.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













