Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Far.Az xəbər saytı

Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub


İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem əməliyyat olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, buna onun 22 il əvvəl milli komandada oynayarkən aldığı zədə səbəb olub.

D.Bekhem 2003-cü ildə CAR yığması ilə yoldaşlıq görüşü zamanı biləyindən zədələnib. Həmin vaxt onun biləyinə bir vint qoyulub və bunun bir müddət sonra əriməsi nəzərdə tutulub.

Amma bu baş verməyib. 50 yaşlı sabiq yarımmüdafiəçi biləyindəki ağrılarla yaşayıb.

Qeyd edək ki, Devid Bekhem "Mançester Yunayted", "Real", "Milan", PSJ və "LA Galaxy" klublarında çıxış edib. İngiltərə millisinin heyətində 115 matça çıxan sabiq futbolçu hazırda MLS təmsilçisi "İnter Mayami"nin prezidentidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər