Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazına alternativ yollardan danışdı
"Qlobal iqtisadiyyatda insanların hərəkətini və mal dövriyyəsini təmin edən logistik xətlərin əhəmiyyəti günü-gündən artır".
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən Qlobal Nəqliyyat Dəhlizləri Forumunda deyib.
Ərdoğan çıxışı zamanı nəqliyyat, məşğulluq və iqtisadiyyatla bağlı mühüm açıqlamalar verib.
"Bölgəmizdəki son dövrdə yaşanan gərginliklər, Hörmüz boğazında və hava məkanında ortaya çıxan qeyri-müəyyənliklər bizə yeni və təhlükəsiz nəqliyyat yollarının nə qədər dəyərli olduğunu bir daha xatırlatdı", - deyə o bildirib.
"Tarixdə olduğu kimi, bu gün də nəqliyyat imkanlarını inkişaf etdirən ölkələr öz cəmiyyətlərinin rifahına töhfə verməklə yanaşı, həmçinin mədəni və elmi inkişaf istiqamətində də irəliləyişlər əldə edirlər. Türkiyənin xüsusilə son 22 ildir quru, hava və dəniz yolları ilə yanaşı rabitə və enerji xətlərinə etdiyi böyük investisiyaların arxasında duran ən əsas motivasiya da bu yanaşmadır. Yol mədəniyyətdir dedik və bu sahədə həqiqətən də böyük investisiya səfərbərliyinə başladıq", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Hörmüzdə neft qarşıdurması – ANALİTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













