Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Far.Az xəbər saytı

Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək


Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri "Ural Hava Yolları" vasitəsilə sabah Vətənə gətiriləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hazırda konsulluqda bununla bağlı işlər gedir.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yekaterinburq hadisəsinin şahidi: Məni yerə uzadaraq təpiklədilər
Rusiyada OMON-çuların döydüyü azərbaycanlı: "Bizə maşınlarının palçığını yedizdirdilər"
Yekaterinburqdakı hadisələrlə bağlı verilmiş açıqlama Rusiya dövlət siyasətinin açıq təzahürüdür – RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər