Türkiyədə meşə yanğınları davam edir
Türkiyədə meşə yanğınları davam edir. Bəzi meşələr isti hava şəraitinə görə, bəziləri isə qəsdən yandırılır.
BAKU.WS xəbər verir ki, ötən gün ölkə ərazisində 77 yerdə meşə yanığını qeydə alınıb. Bunun 9-u genişmiqyaslı olub.
Hazırda isə 3 ərazidə yanğın davam edir.
Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı bildirib.
"Manisa Akhisar, İzmir Kuyucak və İzmir Doğanbeydə yanğınlar davam edir. Bu yanğınların hər üçü də ciddidir. 4 kənd və 2 məhəllə boşaldılıb. Antaliyanın Qazipaşa rayonunda da səhər saatlarında meşə yanğını başlayıb. Ölkə ərazisində davam edən meşə yanğınlarına qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir. Havalar isindikcə meşə yanğınlarının sayında ciddi artım müşahidə olunur" -deyə nazir vurğulayıb.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç isə yanğınlarla bağlı 17 nəfərin saxlanıldığını qeyd edib.
"Yanğınla əlaqədar Bilecik Gölpazarı Açıq cəzaçəkmə müəssisəsi ehtiyat tədbiri olaraq təxliyyə edilib, 1081 məhkum və məhkum sağ-salamat qonşu şəhərlərdəki açıq cəzaçəkmə müəssisələrinə təhvil verilib. Onların ailələrinə və yaxınlarına proseslə bağlı məlumat verilib. Hazırda cəzaçəkmə müəssisələrimizdə təhlükə yoxdur. İzmir vilayətinin Buca rayonunda baş verən meşə yanğınında şübhəli bilinən 1 nəfər nəzarətə alınıb. 17 nəfərin saxlanılıb. "Qəsdən meşə yanğını törətmə" cinayəti çərçivəsində yaşayış yerini yandırıb sonra meşə yanğını törətdiyi iddia edilən şübhəlilər barəsində qanuni tədbirlər başlanılıb. Ölkəmizin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı başlanan araşdırmalar davam etdirilir".
Yanğın olan ərazilərə xeyli sayda yanğınsöndürənlər, helikopterlər və digər texnikalar cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mart ayında hava iqlim normasından yüksək olacaq
Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb













