Ağız sağlamlığı daxili orqanlara necə təsir edir? –TƏHLÜKƏ
Far.Az xəbər saytı

Ağız sağlamlığı daxili orqanlara necə təsir edir? –TƏHLÜKƏ


Ağız sağlamlığı yalnız diş və diş ətlərindən ibarət deyil. Mütəxəssislərin fikrincə, ağızda yaranan infeksiyalar, iltihablar və bakteriyalar bədənimizin digər orqanlarına da ciddi təsir göstərə bilər.

BAKU.WS xəbər verir ki, araşdırmalara görə, ağız boşluğunda toplanan zərərli bakteriyalar qan dövranına keçərək ürək, böyrək, qaraciyər və hətta beyinə qədər yayıla bilər.

Xüsusilə diş əti xəstəlikləri ürək-damar problemləri ilə əlaqələndirilir. Periodontit (diş əti iltihabı) olan insanlarda infarkt və insult riski daha yüksək olur.

Bundan başqa, ağız sağlamlığının pozulması tənəffüs yollarında infeksiya riskini də artırır. Dişlərdəki infeksiyalar udqunma və tənəffüs yolu ilə ağciyərlərə keçərək pnevmoniya kimi ağır fəsadlara səbəb ola bilər. Eyni zamanda, şəkərli diabet xəstələrində ağızda yaranan iltihablar qanda şəkərin tənzimlənməsini çətinləşdirir.

Həkimlər hər altı aydan bir stomatoloqa müraciət etməyi, gündəlik diş və ağız baxımına ciddi yanaşmağı tövsiyə edirlər. Çünki ağız sağlamlığının qorunması ümumi sağlamlığın əsas şərtlərindən biridir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kariyesin diabet, insult və sonsuzluqla əlaqəlidir
Bir qan testi qadında növbəti 30 il üçün infarkt və insult riskini proqnozlaşdıra bilər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər