İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, açıqlamada iyunun 26-da Bakının Nərimanov rayonunda sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verdiyi qeyd edilib.
1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib. Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür.
"Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.
Xüsusi olaraq diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.
Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üstünü sahibkarların taxta parçaları ilə örtməsi ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib", - deyə açıqlamada qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda qanunsuz tikilmiş evin altından keçən su kollektorunun sıradan çıxması təhlükəsi yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
-
Berlində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar məxfi aparılıb
-
Metroda problem: Qatarlar tuneldə qaldı













