Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
Far.Az xəbər saytı

Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib


Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.

Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, onlarla azərbaycanlı həbs edilib.

***10:00

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla vida mərasimi keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasimində mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunacaqlar.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, çox sayda azərbaycanlı həbs edilib.

***08:56

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ağcabədi şəhəri Xəlfələddin küçəsində keçiriləcək vida mərasimindən sonra mərhumlar valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında torpağa tapşırılacaqlar.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Oxşar xəbərlər

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər