Avropadan gələn geyim, ərzaq, texnika və səyahətlər BAHLAŞACAQ - EKSPERT AÇIQLADI
Avronun məzənnəsinin dörd ildən sonra ilk dəfə olaraq 2 manatı keçməsi valyuta bazarına, idxal olunan məhsulların qiymətinə və vətəndaşların gündəlik xərclərinə necə təsir göstərəcəyi əsas suallardandır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında manatın avro qarşısında ucuzlaşmasının səbəbi dolların dünya bazarında avroya qarşı ucuzlaşmasıdır.
Ekspertin fikrincə, manatın avro qarşısında ucuzlaşması, əslində, birbaşa olaraq ABŞ dollarının dünya bazarındakı güclənməsi ilə bağlıdır:
"Çünki Azərbaycanın valyuta siyasətində manatın sabitliyi əsasən dollara bağlı şəkildə tənzimlənir. Dollar avro qarşısında bahalaşdıqda, bu, dolayı yolla manatın da avroya nisbətdə dəyər itirməsinə səbəb olur.
Bu proses xüsusilə idxaldan asılı sahələrdə özünü daha kəskin şəkildə göstərəcək. Avro ilə idxal olunan məhsulların qiymətində artım müşahidə olunacaq. Ərzaq, geyim, texnika və digər gündəlik istehlak mallarının bir qismi Avropadan gətirildiyi üçün onların maya dəyəri yüksələcək və bu, pərakəndə satış qiymətlərinə də təsirsiz ötüşməyəcək.
Bundan əlavə, avronun bahalaşması xarici səfərlər edən vətəndaşlar üçün də əlavə xərclər deməkdir. Xüsusilə Avropa ölkələrinə səyahət etmək istəyənlər daha çox xərcə düşəcək, çünki avroya çevrilən manat məbləği az olacaq. Bu da birbaşa olaraq turizm sektorunda təklif və tələbin balansına, eləcə də insanların xarici səyahət qərarlarına təsir göstərə bilər."
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













