"Sputnik Azərbaycan"da saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat daxil olub
Far.Az xəbər saytı

"Sputnik Azərbaycan"da saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat daxil olub


"Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

Far.Az report-a istinadən xəbər verir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan"ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
DİN-in "Sputnik-Azərbaycan"ın ofisində əməliyyatdan görüntülər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər