Qadınları izləyən gizli təhlükə
Qadınlarda tez-tez rast gəlinən qeyri-adi infarkt simptomu açıqlanıb.
Şimali Karolinadakı "UNC Rex" xəstəxanasının kardiologiya şöbəsinin müdiri, həkim-kardioloq Kris Kelli gənc və orta yaşlı qadınları ehtiyatlı olmağa çağırıb.
BAKU.WS xəbər verir ki, həkim son illər dünyada qadınlar arasında yayılan infarktın üç əsas simptomunu açıqlayıb. Onlardan biri isə qadınlarda daha çox müşahidə olunan, aşkar olmayan bir əlamətdir.
İnfarkt – ürəyin qanla təchizatının tromb səbəbilə damar tıxanması nəticəsində pozulması ilə yaranan təhlükəli bir vəziyyətdir. Klassik simptomlara sinə ağrısı, təngnəfəslik, tərləmə və başgicəllənmə daxildir. Lakin daha az nəzərə çarpan əlamətlər də var.
Təhlükə siqnalları:
Sinəyə basqı şəklində ağrı, çiyinlərə, qollara və ya çənəyə yayılması;
Fiziki fəaliyyət olmadan qəfil yaranan təngnəfəslik;
Qəfil qarın ağrısı və ürəkbulanma – bu simptom çox zaman nəzərə alınmır, amma xüsusilə qadınlar üçün xarakterikdir.
Dr. Kelli xəbərdarlıq edir ki, əgər ürək xəstəliyi riski daşıyırsınız, qəfil qarın ağrısı və ürəkbulanma hiss edirsinizsə, bu infarkt əlaməti ola bilər.
Ekspert vurğulayır ki, bu simptomlardan hər hansı biri baş verərsə, təcili tibbi yardıma müraciət etmək vacibdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













