Prezidentin ASB-nin Zirvə görüşündə iştirakı Azərbaycanın artan siyasi çəkisinin göstəricisidir - Rəy
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin (ASB) İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa məkanında artan siyasi çəkisinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti göstəricisidir.
Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycanın belə bir yüksək səviyyəli siyasi platformada iştirakı onun yalnız regional proseslərin iştirakçısı deyil, həm də Avropanın gələcək təhlükəsizlik və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaş olduğunu təsdiqləyir:
"Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycanın çoxşaxəli xarici siyasətinin, milli maraqlara əsaslanan praqmatik diplomatiyasının nəticəsidir. Bu gün Avropa ölkələrinin Azərbaycana marağının artması təsadüfi deyil. Bu marağın arxasında Prezident İlham Əliyevin beynəlxalq səviyyədə qazandığı yüksək şəxsi nüfuz, ölkəmizin iqtisadi və siyasi potensialı, enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, eləcə də mürəkkəb regional məsələlərin həllində nümayiş etdirdiyi prinsipial və ardıcıl mövqe dayanır. Dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlər çərçivəsində Prezident İlham Əliyevlə keçirdikləri görüşlər, yeni əməkdaşlıq təşəbbüsləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin əyani ifadəsidir".
"Sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini rəsmiləşdirir. Əslində, bu münasibətlər uzun illərdir strateji tərəfdaşlıq xarakteri daşıyır. Lakin Bəyannamə mövcud əməkdaşlığın siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirir, gələcək münasibətlərin prioritetlərini müəyyənləşdirir. Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin möhkəm təməli, ilk növbədə, enerji sahəsində 30 ildən artıq müddətdə formalaşmış uğurlu əməkdaşlığa əsaslanır. Böyük Britaniya Azərbaycanın Avropadakı ən böyük investorudur. Bu fakt ölkəmizin beynəlxalq investorlar üçün yaratdığı əlverişli iqtisadi mühitin, siyasi sabitliyin və etibarlı tərəfdaş imicinin göstəricisidir".
S.Salmanova vurğulayıb ki, Dublin sammiti Azərbaycanın regional sülh gündəliyinin beynəlxalq müstəvidə təqdim edilməsi baxımından da əhəmiyyətlidir:
"Ermənistanla münasibətlərin normallaşdırılması, sülhün möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və regional əməkdaşlıq imkanları Azərbaycanın Avropadakı tərəfdaşları ilə müzakirə etdiyi mühüm məsələlər sırasındadır. Ölkəmiz regionda davamlı sülhün təmin olunmasını yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və nəqliyyat layihələri ilə dəstəkləyir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi ikitərəfli görüşlərin intensivliyi də Azərbaycanın artan diplomatik nüfuzunun göstəricisidir. Davos, Münxen və digər beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə aparılan müzakirələr ölkəmizə olan marağın konkret təzahürüdür. Xüsusilə, bir sıra görüşlərin qarşı tərəfin təşəbbüsü və müraciəti əsasında təşkil olunması Azərbaycanın etibarlı dialoq tərəfdaşı kimi qəbul olunduğunu nümayiş etdirir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













