Diqqət: "Report"un əməkdaşının adından Telegram sosial şəbəkəsində saxta məlumatlar yayılır
"Report" İnformasiya Agentliyinin redaktoru Samirə Abdullayevanın adından Rusiya mobil nömrəsi ilə "Telegram" sosial şəbəkəsində saxta profil açılaraq bir sıra məlumatlar yayılıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, Saxta profildə guya "Report" İnformasiya Agentliyin saytında dərc olunan materiallar yayılıb və Samirə Abdullayevanın adından saxta bəyanat paylaşılıb.
"Report" İnformasiya Agentliyi bildirir ki, Samira Abdullayevaya məxsus sosial şəbəkə hesabları Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatoruna aid nömrə vasitəsilə açılıb və saxta profilin ona heç bir aidiyyatı yoxdur.
"Report" İnformasiya Agentliyi bildirir ki, saxta profildə yayılan məlumatlar həqiqəti əks etdirmir. Agentliyin istehsal etdiyi xəbər və məqalələr Report.az rəsmi saytında və sosial media hesablarında yerləşdirilir. "Report" İnformasiya Agentliyi oxucuları yalnız rəsmi saytda olan xəbərləri istifadə etməyə çağırır.
Qalereya
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













