Fransada özbək bankir oğurlandı, pul qarşılığında azadlığa buraxıldı
Özbəkistandan olan 48 yaşlı maliyyəçi, "Anorbank"ın yeganə səhmdarı Kahramonjon Olimov Parisin mərkəzində oğurlanıb.
Far.Az Oxu.Az-a istinadla xəbər verir ki, nəşr onun iyunun 23-də oğurlandığını bildirir. Maliyyəçi qaçırıldıqdan sonra Nitsa yaxınlığındakı zirzəmiyə gətirilib və burada döyülüb.
Olimov ölümlə hədələnib, sonra pul qarşılığında azadlığa buraxılıb.
Onun fransalı tərəfdaşlarla danışıqlar aparmaq və daşınmaz əmlak alqı-satqısını rəsmiləşdirmək üçün Parisə getdiyi bildirilir.
Faktla bağlı "bir qrup şəxs tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə" maddəsi ilə cinayət işi açılıb, bir nəfər saxlanılıb.
Qeyd edək ki, Olimov bir milyard dollardan çox aktivləri idarə edən rəqəmsal bank olan "Anorbank"ın (2020-ci ildə yaradılıb) səhmlərinin 99,38%-nə sahibdir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib













