"Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLDÜ
Bakının Yasamal rayonu, Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında yerləşən qalmaqallı mülk sökülüb.
Far.Az APA-ya istinadla xəbər verir ki, "Melissa Group" və mülkün sahibi arasında kompensasiya məbləği ilə bağlı razılıq əldə olunub.
Kompensasiya ödənilib və mülkün sökülməsi prosesi başa çatıb.
Xatırladaq ki, hadisə martın 27-də baş verib. "Melissa Group" tikinti şirkətinin sürücüsü Qala Seymur oğlu Eynullayev idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olublar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.
Daha sonra hadisə ilə bağlı "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə həbs qətimkan tədbiri seçib.
Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.
Oxşar xəbərlər
"Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLÜR
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın - TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb













