"Sumqayıt" klubunun rəsmiləri yerli mütəxəssislərə güvənmirlər?
"Sumqayıt" klubu baş məşqçisinin adını ən qısa zamanda açıqlayacaq.
Far.Az Sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Riad Rəfiyev bildirilib.
Onun sözlərinə görə "Sumqayıt" klubu yalnız xarici baş məşqçilərlə danışıqlar aparır.
"Bu vəzifəyə bir neçə namizəd var. Hamısı xarici məşqçidir. Onlardan biri ilə müqavilə bağlamağa çox yaxınıq. Demək olar ki, müqavilə şərtlərində razılığa gəlmişik. Proses, uzağı, iyulun ilk həftəsinədək çəkəcək. Təyinatın ondan o yana qalacağını düşünmürəm. Bu gün deyə bilərəm ki, yeni baş məşqçimiz kifayət qədər tanınmış biri olacaq. Sürpriz təyinat kimi qarşılanacağı qənaətindəyəm. Demirəm bütün dünyada, amma Avropada tanınmış məşqçidir".
Əldə edilən məlumata görə isə adı hallanan çalışdırıcı Blaqoja Milevskidir.
O, 2019-2021-ci illər aralığında baş məşqçisi olduğu Şimali Makedoniyanın gənclər yığmasını Avropa çempionatının final mərhələsinə daşıyıb.
2011-ci ildən məşqçilik karyerasına start verən Milevski ötən müddətdə yerli "Vardar"la yanaşı, İsraildə "Aşdod"u çalışdırıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə
-
Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR













