KOBİA-nın ötənilki gəlirləri və xərcləri eyni olub
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) gəlirləri ilə xərcləri eyni olub. Halbuki, agentlik 2023-cü ildən 562 min manat mənfəətlə çıxmışdı.
Far.Az report-a istinadən xəbər verir ki, ötən il KOBİA-nın gəlirləri 20,365 milyon manat (əvvəlki ilə nisbətən 19,2% az) təşkil edib. Hesabat dövründə Agentliyin xərcləri də 20,365 milyon manat (illik müqayisədə 17,4 % az), o cümlədən istifadə etdiyi materialların dəyəri 682 min manat (40,2 % az), işçi heyəti üzrə xərcləri 13,735 milyon manat (14,4 % çox), amortizasiya xərcləri 959 min manat (5,7 % çox), digər əməliyyat xərcləri 4,986 milyon manat (53 % az), sair əməliyyat xərcləri isə 2 manat (5,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 45,461 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,5 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəliklər 9,4 % azalaraq 12,16 milyon manata düşüb. Balans kapitalı isə 7,7% artaraq 33,301 milyon manata çatıb.
Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə













