AYNA sədri: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Xırdalan dairəsinə yaxın ərazidə, Dövlət Yol Polisi postunun yerləşdiyi istiqamətdə yeni böyük yolötürücüsünün tikintisi planlaşdırılır.
Bu barədə "Far.Az"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
O qeyd edib ki, həmin layihə vasitəsilə nəqliyyat axınının əhəmiyyətli hissəsi Bakı–Şamaxı yoluna yönləndiriləcək: "Bu baxımdan iki iri yolötürücüsünün bir-birinə çox yaxın məsafədə yerləşdirilməsi həm texniki, həm də təhlükəsizlik baxımından uyğun hesab edilmir".
A.Rzayev vurğulayıb ki, hazırda Bakı–Sumqayıt yolunda ən ciddi problemlərdən biri Xırdalan dairəsi ətrafında müşahidə olunur: "Tunel boş olsa da, Xırdalana dönmək istəyən avtomobillər üçün ayrılmış zolaq kifayət etmədiyindən əsas hərəkət istiqaməti bağlanır. Bu problemi həll etmək üçün əlavə zolağın tikintisi nəzərdə tutulur".
Onun sözlərinə görə, Xırdalan dairəsi ilə bağlı müxtəlif həll variantları nəzərdən keçirilib: "Amma burada əsas məsələlərdən biri də vəsaitlərin səmərəli istifadəsidir. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında Xırdalan şəhərinə M4 magistralından üç alternativ girişin yaradılması nəzərdə tutulub. Yəni Bakı–Şamaxı yolu istiqamətindən yeni bağlantılar vasitəsilə şəhərə giriş təmin ediləcək və bu da M1 magistralına, Bakı–Sumqayıt yoluna, xüsusilə Xırdalan dairəsinə düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq".
Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq













