Almaniyada 125 min illik "yağ zavodu" tapıldı
Almaniyada arxeoloqlar Neandertal insanlarına məxsus, təxminən 125 min il əvvələ aid "yağ zavodu" aşkar ediblər. Qallegölü yaxınlığında yerləşən məskəndə 120 min heyvan sümüyü və 16 min daş alət tapılıb.
Far.Az xəbər verir ki, tədqiqatçılar hesab edir ki, Neandertallar at və maral kimi böyük heyvanların sümüklərini sındırıb, onları qaynadaraq yağ çıxarırdılar. Bu proses yalnız ov etməklə bitməyib, həm də heyvanların saxlanması, planlaşdırılması və xüsusi emal sahələrinin yaradılmasını tələb edirdi ki, bu da onların yüksək təşkilatlanmasını göstərir.
Yağ onların qidalanmasında vacib rol oynayırdı, çünki əzələ əti az kalorili və demək olar ki, yağsızdır. Yalnız yağsız ət yemək insanlarda "zülal zəhərlənməsi" xəstəliyinə səbəb ola bilər. Neandertallar isə kifayət qədər yağ almaq üçün sümüklərdən yağ çıxarırdılar.
Məskəndə həmçinin yanmış qoz-fındıq və meyvə qalıqları da tapılıb. Bu da göstərir ki, Neandertallar yağı bişirərkən onlara əlavə dad qatmaq üçün meyvə və qoz-fındıqdan istifadə edirdilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













