2025-ci ilin ən "güclü" pasportları açıqlanıb: Sinqapur birinci yerdədir
"Henley Passport Index" tərəfindən yayımlanan 2025-ci il hesabatına əsasən dünyanın ən güclü pasportları açıqlanıb.
Far.Az xəbər verir ki, sənəddə ölkələrin vətəndaşlarının vizasız və ya hava limanında vizanın əldə olunduğu ölkələrin sayı nəzərə alınmaqla sıralama tərtib olunub.
Hesabata görə, Sinqapur dünyanın ən güclü pasportuna sahib ölkə olaraq birinci yerdə qərarlaşıb. Sinqapur pasportu ilə 195 ölkəyə vizasız səyahət mümkündür. İkinci yerdə Yaponiya qərarlaşıb – bu ölkənin vətəndaşları 193 ölkəyə sərbəst səfər edə bilir.
Üçüncü yerdə Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya və Cənubi Koreya yer alıb. Bu ölkələrin pasport sahibləri 192 ölkəyə vizasız giriş imkanı əldə edir. Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç və İsveç 191 ölkəyə vizasız səyahət hüququ ilə dördüncü sıradadır.
Beşinci pillədə isə Belçika, Yeni Zelandiya, Portuqaliya, İsveçrə və Böyük Britaniya qərarlaşıb. Bu ölkələrin pasport sahibləri 190 ölkəyə vizasız gedə bilir.
Hesabatda qeyd olunub ki, ABŞ pasportu əvvəlki illərlə müqayisədə gücünü bir qədər itirib və hazırda 186 ölkəyə vizasız giriş imkanı ilə 9-cu yerdə qərarlaşıb.
Siyahının sonuncu pilləsində isə Əfqanıstan yer alıb. Bu ölkənin pasport sahibləri cəmi 28 ölkəyə vizasız və ya sadələşdirilmiş qaydada səyahət edə bilirlər.
Qeyd edək ki, Henley Passport Index-in məlumatları Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumat bazası əsasında hazırlanır və dünya üzrə pasportların hərəkət azadlığını ölçən əsas göstəricilərdən hesab olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xaricə istirahətə getmək istəyənlər mütləq oxusun - Məşhur şəhərlərdə səyahət yolları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb













