ABŞ-də qızılca hallarında ciddi artım müşahidə olunur
ABŞ-də qızılca hallarında ciddi artım müşahidə olunur.
Far.Az xəbər verir ki, ABŞ-də qızılcaya yoluxma halları son 33 ilin ən yüksək səviyyəsinə çatıb. 2025-ci ilin əvvəlindən bəri 1277 təsdiqlənmiş yoluxma qeydə alınıb. Yoluxmalar 38 ştat və Vaşinqtonda aşkarlanıb. İndiyə qədər 3 nəfər ölüb, 155 nəfər isə xəstəxanaya yerləşdirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, yoluxanların əksəriyyəti peyvənd olunmayan və ya peyvənd statusu məlum olmayan şəxslərdir. Ən çox yoluxma Texasda qeydə alınıb.
Qeyd edək ki, ABŞ-də qızılca 2000-ci ildə "eliminasiya edilmiş xəstəlik" elan edilsə də, yayılma bu templə davam edərsə, ölkə bu statusunu itirə bilər.
Epidemiya təkcə ABŞ-də deyil, Böyük Britaniya və Kanadada da yayılmaqdadır. Mütəxəssislər MMR peyvəndinin xəstəliyə qarşı ən təsirli müdafiə üsulu olduğunu vurğulayırlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













