İnstaqram fenomeninin estetik əməliyyat zamanı ÜRƏYİ DAYANDI
Braziliyanın San-Paulu şəhərində yaşayan Instagram fenomeni və iş qadını Natalia Kavanellas Thomazella estetik əməliyyat zamanı həyatını itirib.
Far.Az xəbər verir ki, 40 yaşlı Natalia eyni anda liposaksiya (yağ aldırma), omba dolgusu və döş implantlarının dəyişdirilməsi əməliyyatı keçirirdi. Əməliyyatın son mərhələsində, ombasına yağ yeridilən zaman qadının ürəyi dayanıb. Həkimlər dərhal müdaxilə etsələr də, onu xilas etmək mümkün olmayıb.
Polis hadisəni şübhəli ölüm kimi araşdırır. Cərrahın vəkilləri ölüm səbəbinin pulmonar emboliya – yəni yağın qan damarlarını tıxaması ola biləcəyini bildiriblər. Bu, tibbi ədəbiyyatda nadir, amma ciddi fəsad kimi tanınır. Dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.
Ailəsinin sözlərinə görə, Nataliyanın heç bir sağlamlıq problemi olmayıb və o, daha əvvəl də bir neçə estetik əməliyyat keçirib, heç bir fəsad yaşanmayıb.
Qeyd edək ki, Natalia ictimaiyyətlə əlaqələr üzrə agentliyin təsisçisi, uğurlu biznesmen və 100 minə yaxın izləyicisi olan aktiv sosial media istifadəçisi idi. O, bu ilin mart ayında San-Paulu Bələdiyyəsi tərəfindən ilin ən uğurlu qadın sahibkarlarından biri seçilmişdi.
Natalia bir qız anası idi. Onun həyat yoldaşı açıqlamasında belə deyib:
"Natalia yalnız gözəl və uğurlu deyil, eyni zamanda güclü, şən və sevgi dolu bir insan idi. Qızımız Manoellaya onun necə gözəl bir ana olduğunu həmişə danışacağam və xatirəsini yaşadacağam."
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur













