PKK silahları təhvil verməyə başladı - 30 PKK-çı silahını YANDIRDI
Far.Az xəbər saytı

PKK silahları təhvil verməyə başladı - 30 PKK-çı silahını YANDIRDI


PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olub.

Far.Az xəbər verir ki, dördü komandir olmaqla 30 PKK terrorçusu silahlarını yandırıb.

***

PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olmağa başlayıb.

Far.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, silahlarını təhvil verilməsi prosesi Türkiyə tərəfinin iştirakı və nəzarəti ilə gerçəkləşir.

Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyəti PKK-nın silahı yerə qoyacağı Süleymaniyyəyə gəlib. Nümayəndə heyətinə Ahmet Türk və Sırrı Sakık kimi adlar daxildir. Nümayəndə heyətinin ilk görüntüləri yayılıb.

***10:12

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında etdiyi çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın "Daxili cəbhəni gücləndirək" mesajı ilə start verilən "Terrorsuz Türkiyə" quruculuğu prosesinin silahsızlaşma mərhələsinin başlamasına bir neçə saat qalıb.

Far.Az "HaberGlobal"a istinadən xəbər verir ki, PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayır.

Qeyd edilir ki, bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çının silahlarını təhvil verəcəyi məqama yönəlib.

Terrorçuların rəhbəri Abdullah Öcalan daha əvvəl həm səsli, həm də vizual olaraq ekranlara çıxıb. O, videomüraciətində tərksilah mərhələsi üçün lazımi mexanizmlərin yaradılmasına çağırıb.

Oxşar xəbərlər

PKK silahları təhvil verməyə başladı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər