SOCAR "e-tender" platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "e-tender" platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu SOCAR-ın Əməliyyat Satınalması və Təchizat departamentinin rəis müavini Elçin Musayev Bakıda "Rəqəmsal Transformasiya prosesi ilə sektorlar üzrə çağırışlar, trendlər və imkanlar" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
O qeyd edib ki, yaxın gələcəkdə platformada təchizatçıların fəaliyyətini qiymətləndirmək üçün reytinq sistemi istifadəyə veriləcək: "Bu sistem təchizatçılara rəqibləri ilə fəaliyyətlərini müqayisə etməyə, göstəricilərini yaxşılaşdırmağa kömək edəcək. Bununla yanaşı, rəqəmsal platforma məlumatların izlənməsi, şəffaflığın artırılması və təkmil analitik imkanlar təqdim edir".
E. Musayev əlavə edib ki, rəqəmsal transformasiya prosesində bəzi çətinliklər də var: "Bütün təchizatçılar hələ tam rəqəmsal deyil. Təchizatçıların strateji cəlb olunması vacibdir, çünki onlar öz fəaliyyətlərinə sərmayə yatırmalı və digər şirkətlərlə əməkdaşlıq səviyyəsini artırmalıdırlar".
Onun sözlərinə görə, rəqəmsal transformasiyanın əsasında keyfiyyətli məlumatlar dayanır: "Təchizatçılar təqdim etdikləri məlumatlarda keyfiyyətə önəm verdikdə, bu, onlara daha geniş əməkdaşlıq imkanları, gəlirliliyin artırılması və sənayedəki yeni transformasiyaya hazır olmaq baxımından üstünlüklər qazandıracaq."
E. Musayev vurğulayıb ki, SOCAR artıq bu istiqamətdə mühüm addımlar atıb: "2005-ci ilin fevral ayından etibarən "e-tender" platformasının tətbiqinə başlamışıq. Hazırda SOCAR-ın müxtəlif qurumlarında 600-dən çox daxili istifadəçi, müxtəlif sahələri təmsil edən yerli və xarici olmaqla 3 minə yaxın təchizatçı platformada qeydiyyatdan keçib. Platforma ilkin ixtisas seçimindən tutmuş məlumat sorğuları (RFI), tender sorğuları (RFP) və təchizatçıların fəaliyyətinin idarə edilməsinə qədər satınalmanın bütün mərhələlərini əhatə edir".
Onun sözlərinə görə, SOCAR platformada kateqoriya idarəetməsi yanaşmasını tətbiq edir ki, bu da tender prosesində məhz uyğun təchizatçıların seçilməsinə, bazarda bərabər imkanların yaradılmasına, ədalətliliyin və şəffaflığın artırılmasına şərait yaradır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













