Cəlilabadın Masallı ilə inzibati sərhədində taxıl sahələri yanıb, magistral su kəməri zədələnib
Far.Az xəbər saytı

Cəlilabadın Masallı ilə inzibati sərhədində taxıl sahələri yanıb, magistral su kəməri zədələnib


Cəlilabadın Masallı ilə inzibati sərhədində taxıl sahələri yanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, yanğın əvvəlcə Masallı rayonunun Güllütəpə kəndi ərazisində yerləşən biçilmiş taxıl sahələrindən başlayıb. Sonra yanğın Cəlilabad rayonunun Həziabad kəndi ərazisindəki biçilmiş taxıl sahələrinə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub, yanğın söndürülüb.

Hadisə nəticəsində Cəlilabadın Həziabad kəndi ərazisində 15 hektara yaxın biçilmiş taxıl sahəsinin yandığı bildirilir. Həmçinin yanğın zamanı Cəlilabad rayonunu içməli su ilə təmin Viləşçay su anbarından çəkilən magistral su kəməri də zədələnib. Hazırda kəmərdən içməli su ətraf əraziyə axır. Su kəmərinin bərpa olunması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər