Bu gün "Murov Qartalı" Raquf Orucovun doğum günüdür
Bu gün Aprel döyüşlərində qəhrəmancasına həlak olan "Murov Qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi qazisi Raquf Orucov bu gün, yəni iyulun 12-də 1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub.
1990-cı ildə Sovet qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılaraq, çətin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb. 1993-cü ilin 12 iyununda erməni ordusunun Ağdam rayonunun Cinli kəndini işğal etməsi nəticəsində Raquf Orucov anası Raya xanımı itirib.
O, 1995-ci ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə qəbul olub. Bir il sonra həmin məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağda alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.
Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub. Düşmənlə qəhrımancasına vuruşan Raquf Orucov şəhidlik zirvəsinə yüksəlib. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Raquf Orucovun məzarının solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həm də Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri olmuşdur.
Raquf Orucovun Aqşin və Nihad adlı iki övladı var.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













