Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb
Far.Az xəbər saytı

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb


İyulun 14-ü günorta saatlarında Siyəzən rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın rayonun Dərəzarat kəndi yaxınlığında qeydə alınıb, kol-kos və quru otluq ərazini əhatə edir.

Əraziyə yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və yanğınsöndürən maşınlar cəlb olunub.

Amma yanğın baş verən ərazi çətin dağlıq relyefə malik olduğu üçün yanğınsöndürən maşınları söndürmə prosesinə cəlb etmək mümkün deyil. Bu səbəbdən hazırda yanğın yanğınsöndürənlər və yaxın kəndlərin sakinlərinin köməyi ilə söndürülür. Artıq yanğın nəzarətə götürülüb və genişləndirilməsinin qarşısı alınır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər