Arı sancan qadın bir ay komada qalıb
2025-ci ilin iyunun 12-də 35 yaşlı şəxs (qadın cinsli) arı sancmasından sonra komatoz vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, zəruri müayinələrdən sonra xəstəyə anafilaktik şok və ensefalit diaqnozları qoyulub.
Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin həkimləri tərəfindən müalicə tədbirləri görülüb. Şöbədə müalicələri başa çatdıqdan sonra xəstənin vəziyyəti nəzərə alınaraq Terapevtik Reanimasiya şöbəsinə köçürülüb.
Təxminən bir ay komatoz vəziyyətdə Terapevtik Reanimasiya şöbəsində müşahidə altında saxlanılıb, müalicə həkimləri Sevinc Arxməmmədova və Aytəkin Məmmədovanın göstərdikləri uzunmüddətli müalicələr, zəruri intensiv reanimatik xidmətlərdən sonra xəstənin vəziyyəti stabilləşib.
Daha sonra xəstə Nevrologiya şöbəsinə köçürülüb.
Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib, huşu aydınlaşıb, hemodinamik göstəriciləri stabillləşib. Hazırda müalicələri Nevrologiya şöbəsində müalicə həkimi nevroloq Aydan Soltanova tərəfindən davam etdirilir.
Vəziyyətində müşahidə olunan müsbət dinamika nəzərə alınaraq xəstəyə reabilitasiya məqsədli müalicələrin davam etdirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Şok"a düşərək həyatını itirənlər - Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?
Kliniki Tibbi Mərkəzin 110 illiyi qeyd olunub
Bakıda uşaqlar üçün yeni şöbələr yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













