Vüqar Əliyev: "Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır"
Far.Az xəbər saytı

Vüqar Əliyev: "Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır"


"Azərbaycanda din və mətbuat münasibətləri "Dini etiqad azadlığı haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfransın açılış mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrıdır, lakin dövlət bu məsələni daim diqqətdə saxlayır:

"Çünki din - təkcə fərdi inanc deyil, həm də ictimai münasibətlərdə mühüm təsir gücünə malik bir sahədir. Ona görə də bu sahədə sabitlik və aşkarlıq həm hüquqi mexanizmlərlə, həm də informasiya vasitələri ilə qorunur".

V.Əliyev qeyd edib ki, dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır:

"Onun sosial bazası - dini savadlılıq və maarifləndirmədir. Gənclərimizə doğru və etibarlı dini bilgilərin çatdırılması informasiya qurumlarının əsas vəzifələrindən biri olmalıdır. Çünki harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur. Azərbaycan mediası belə hallara qarşı vaxtında və qətiyyətlə mübarizə aparır".

Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan Oxu.Az, Report.az, Caliber.az, Media.az, Baku.ws və PhotoStock.az saytları, Baku TV telekanalıdır.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər