ABŞ Senatı Kevin Uorşu FES sədri vəzifəsinə təsdiqləyib
ABŞ Senatı Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinə təsdiqləyib və o, dörd il bu vəzifəni icra edəcək.
"Far.Az"un ABŞ mətbuatına istinadən məlumatına görə, 54 senator onun lehinə, 45 senator əleyhinə səs verib.
Nümayəndələr Palatasının Bank Komitəsi onun namizədliyini aprelin sonlarında təsdiqləyib.
Qeyd edək ki, Cerom Pauellin FES sədri vəzifəsində səlahiyyət müddəti mayın 15-də başa çatır, lakin o, 2028-ci ilə qədər FES-in İdarə Heyətində qala bilər. ABŞ Prezidenti Donald Tramp əvvəllər hazırkı FES sədrindən faiz dərəcələrinin yavaş tempinə görə narazılığını bildirib.
K.Uorş 2006-2011-ci illərdə FES-in İdarə Heyətində çalışıb və 35 yaşında Şuraya qoşulub. O, həmin dövrdə FES-in idarəetmə orqanının ən gənc üzvü olub.
Oxşar xəbərlər
ABŞ Konqresinin Senatı Uorşun FES-nin Rəhbərlər Şurasına namizədliyini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Pauell FES rəhbəri vəzifəsindən getdikdən sonra Rəhbərlər Şurasında qalacaq
ABŞ Senatının Bank komitəsi Uorşun Federal Ehtiyat Sistemi rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
-
Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib
-
DÇ-2026: Messi Argentinanı Əlcəzairlə oyunda hesabda irəli çıxarıb - YENİLƏNİR
-
Ukraynada müharibənin başlanğıcından bəri ilk dəfə hərbçilərin tərxis olunacağı elan edilib
-
Cəmiyyət Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir













