"TikTok": "2025-ci ilin birinci rübündə Azərbaycanda bir milyondan çox video silinib"
Qısa videolar üzrə aparıcı platforma olan "TikTok" Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcılıq üçün dostcasına və rahat mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək üçün "TikTok" ən müasir texnologiyalardan və dünyanın dörd bir yanındakı on minlərlə mütəxəssisdən istifadə edir. Platformada 24/7 rejimində aparılan moderasiya İcma Qaydalarını pozan videomaterialları silir. Şəffaflıq prinsipinə uyğun olaraq "TikTok" hər rüb silinmiş kontentin miqdarını açıqlayır.
İcma Qaydalarına əməl olunmasına dair Hesabata əsasən, 2025-ci ilin birinci rübündə Azərbaycanda:
- İcma Qaydalarının pozulması səbəbindən bir milyondan çox video silinib.
- Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.
- Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda üç milyondan çox video silinib.
Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar:
- 211 milyondan çox video silinib.
- Videomaterialların 99%-i proaktiv şəkildə silinib.
- Videoların 94.3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.
Bu dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Bundan əlavə, "TikTok"un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.
"TikTok" haqqında
"TikTok" aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb
-
"Fars": İran danışıqların bərpası üçün ABŞ-yə beş şərt irəli sürüb













