İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
Far.Az xəbər saytı

İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib


İran bütün BMT üzv dövlətlərini ədalətli davranmağa və ABŞ-ın Hörmüz boğazında gəmiçiliklə bağlı qətnamə layihəsini dünya təşkilatının Təhlükəsizlik Şurasında dəstəkləməməyə çağırır.

"Far.Az" xəbər verir ki, bu barədə İranın təşkilatdakı daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

"Hörmüz boğazı üçün yeganə mümkün həll yolu göz qabağındadır: müharibəyə son qoymaq, dəniz blokadasını aradan qaldırmaq və (gəmilər üçün-Qeyd) normal keçidi bərpa etmək. ABŞ böhranı həll etmək əvəzinə, siyasi gündəliyini irəli sürmək və qanunsuz hərəkətləri qanuniləşdirmək üçün "gəmiçilik azadlığı" bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasında yeni qüsurlu və siyasi motivli qətnamə layihəsini irəli sürür. İran üzv dövlətlərini təzyiq əsasında deyil, məntiq, ədalət və prinsiplər əsasında hərəkət etməyə, qətnamə layihəsini rədd etməyə və onu dəstəkləməkdən və ya birgə hərəkət etməkdən çəkinməyə çağırır", - deyə məlumatda qeyd olunub.

Aprelin əvvəlində Bəhreyn tərəfindən təklif olunan Hörmüz boğazı ilə bağlı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edilib. Təhlükəsizlik Şurasının on bir üzvü lehinə, Rusiya və Çin əleyhinə, Pakistan və Kolumbiya isə bitərəf qalıb.

Mayın 5-də isə ABŞ İrandan gələn təhdidlə mübarizə məqsədilə Hörmüz boğazında naviqasiya azadlığını qorumaq üçün BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər