Ekrem İmamoğlunun məhkəmə zalından görüntüləri yayıldı
Far.Az xəbər saytı

Ekrem İmamoğlunun məhkəmə zalından görüntüləri yayıldı


İstanbul Böyük Şəhər Bələdiyəsinin keçmiş sədri Ekrem İmamoğlunun məhkəmə zalından görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, hakimin qərarı ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsinə baxmayaraq o nikbinliyini qoruyub. 

Məhkəmə zalını da elə sağollaşaraq nikbin ruhda tərk edib. 

Xatırladaq ki, o gün keçirlən məhkəmədə "vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək" maddəsi ilə ittiham olunub. İmamoğluna  ittiham olunduğu "terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq" maddəsi barədə isə bəraət verilib. 

Əvvəllər onun 2 il 8 aydan 7 il 4 aya qədər həbsi istənilirdi.

Ekrem İmamoğlu İstanbul Respublika Baş prokuroru Akın Gürleklə bağlı səsləndirdiyi təhqiramiz sözlərə görə barəsində istintaq başladılmışdı.

Oxşar xəbərlər

Ekrem İmamoğlu 1 il 8 ay müddətinə həbs edildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ekrem İmamoğlu və digər şəxslər həbs ittihamları ilə məhkəməyə aparılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər