Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanovun məhkəməsi başlayıb
Far.Az xəbər saytı

Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanovun məhkəməsi başlayıb


Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Far.Az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin qərarı ilə cinayət işi baxışa verilib. Baxış iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb.

Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ermənistan vətəndaşından məhkəmədə etiraf

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər