HƏMAS-dan İsrailə xəbərdarlıq
Far.Az xəbər saytı

HƏMAS-dan İsrailə xəbərdarlıq


Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs danışıqları uzanarsa və ya İsrailin təqsirindən pozularsa, anklavda saxlanılan 10 girovu azad etmək təklifindən imtina edə bilər.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla HƏMAS-ın hərbi qanadı - "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə "Əl-Cəzirə" telekanalında çıxış edib.

O bildirib ki, əgər düşmənin danışıqlar aparan şəxsləri israr etməkdə davam edərsə və ya cari məsləhətləşmələri pozarsa, bu, İsrail üçün fəsadsız ötüşməyəcək.

Əbu Ubeydə qeyd edib ki, onun qrupu genişmiqyaslı müharibəyə də hazırdır. O, həmçinin bildirib ki, HƏMAS-ın hazırkı mərhələdə məqsədi mümkün qədər çox İsrail əsgərini öldürmək, eləcə də qaçırmaqdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər