Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR
Azərbaycanlı məşhurların yay istirahəti davam edir. Hazırda onların bəziləri xaricdə, bəziləri isə Azərbaycanda dincəlir. Onlar arasında həyat yoldaşı, gəlini və oğlu ilə istirahətə gedənlər də var. Bəs görəsən məşhurlar indi harada və kiminlə istirahət edir?
Model Diana Əhədpur
Azərbaycanlı model Diana Əhədpur isə hazırda Bodrumda oğlu ilə istirahətinə davam edir. O Bodrumda türkiyəli məşhur DJ Mahmut Orhanın konsertində olub.
Diana konsertdən olan görüntülərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Aktyor Taleh Yüzbəyov
Məşhur aktyor Taleh Yüzbəyov da istirahət edən məşhurlar arasındadır. O dincəlmək üçün ölkədəki "Sea Breeze" kurort mərkəzini seçib. Aktyor ora bloger həyat yoldaşı Xatirə Yüzbəyova ilə gedib. Cütlük istirahətindən lentə alınan görüntüləri sosial şəbəkədə paylaşıb.
![]()
Müğənni Nadir Qafarzadə
Müğənni Nadir Qafarzadə də digər həmkarları kimi istirahətə yollanıb. Sənətçi hazırda Monteneqroda dincəlir.
Müğənninin hovuzdan olan videosu izləyiciləri tərəfindən maraqla qarşılanıb.
İfaçı istirahətə həyat yoldaşı, gəlini və oğlu ilə birlikdə yollanıb. O bu barədə sosial şəbəkədə bildirib.
![]()
Müğənni Nəfəs
Müğənni Nəfəs də istirahət üçün ölkəmizi seçib. O məşhur kurort mərkəzlərindən biri olan Nabranda dincəlib. İfaçı orda həm konsert verib həm də istirahət edib.
Müğənni Gülay Zeynallı
Müğənni Gülay Zeynallı da tətilə yollanan məşhurlar arasındadır. O tətil üçün Yunan adası Santorinini seçib. Gülay qızı Sahilə və rəfiqəsi ilə birlikdə adada dincəlir. Sənətçi istirahətindən olan fotolarını sosial şəbəkə hesabında yayımlayıb.
Müğənni Günay İbrahimli
Müğənni Günay İbrahimli uzun müddətdir Misirdə istirahət edir. Səhətçi rəfiqəsi ilə yollandığı istirahətindən görüntüləri sosial şəbəkədə yayımlayıb. İfaçı Qırmızı dənizdən dənizdə çəkilən fotossesiyasını da izləyiciləri ilə bölüşüb.
Bloger Nagehan Abdullayeva
Bloger Nagehan hazırda Türkiyədə istirahət edir. O Büyükadadan lentə alınan fotolarını şəxsi instaqram hesabında paylaşıb.
Oxşar xəbərlər
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













