Parisdə üçüncü olan Azərbaycan paralimpiyaçısı: Səhvlərə görə qızıl medalı əldən verdim
Far.Az xəbər saytı

Parisdə üçüncü olan Azərbaycan paralimpiyaçısı: Səhvlərə görə qızıl medalı əldən verdim


Məqsədim Vətənə çempion olaraq qayıtmaq idi. Amma müəyyən səhvlərə görə qızıl medalı əldən verdim.

"Far.Az"un məlumatına görə, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) deyib.

K44 kateqoriyasında mübarizə aparan idmançı 19 yaşında paralimpiadada mükafat əldə etməyin qürurverici olduğunu bildirib:

"Yeni hədəflərim var. Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles-2028 Paralimpiadasında qızıl medal qazanmaq istəyirəm. Dəstəyinə və diqqətinə görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, turnir sentyabrın 8-də başa çatacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal uğrunda görüşdə iştirak edəcək
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı çıxış edəcək
Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər