Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub
Far.Az xəbər saytı

Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub


Cari ilin iyun ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,930 milyard manat təşkil edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi cari ilin may ayının sonu ilə müqayisədə 11,4 milyon manat və ya 0,6% artıb.

Belə ki, may ayının sonunda Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,919 milyard manat idi.

Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin 1 iyul tarixinə ölkədə fəaliyyət göstərən orta sahibkarlıq subyektlərinin sayı 4 min 259 ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,1 faizini orta sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (35,5%), "Tikinti" (14,2%), "Emal sənayesi" (11,1%) və "Peşə, elmi və texniki fəaliyyət" (5,1%) sahələrində yaradılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Unibank" III rübün maliyyə nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər