Azərbaycan düyü idxalını 22%-ə yaxın azaldıb
Far.Az xəbər saytı

Azərbaycan düyü idxalını 22%-ə yaxın azaldıb


Bu ilin I yarısında Azərbaycan 30 min 692 ton düyü idxal edib.

Far.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 29 milyon 43 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 8 517 ton (21,7 %), dəyər baxımından isə 12 milyon 37 min ABŞ dolları (29,3 %) azdır.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,25 %-ni təşkil edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Turistlərin diqqətini cəlb edən minlərlə hektar düyü terrasları - Bali adasından REPORTAJ
Azərbaycan buğda idxalına çəkdiyi xərci 8 % azaldıb
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər