Nyu-Orleanda gəmi qəzasından sonra 32 nəfər xəstəxanaya yerləşdirilib - Yenilənib
Far.Az xəbər saytı

Nyu-Orleanda gəmi qəzasından sonra 32 nəfər xəstəxanaya yerləşdirilib - Yenilənib


Luiziana ştatının Nyu-Orlean şəhərində "Atlantic Asphalt" tankeri Missisipi çayında "American Heritage" sərnişin çay gəmisi ilə toqquşub.

"Report" "ABC News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 32 nəfər müxtəlif xəsarətlər alıb, onların hamısı xəstəxanaya yerləşdirilib.

Toqquşma noyabrın 13-də yerli vaxtla təxminən saat 12:30-da (Bakı vaxtı ilə 22:00-da) baş verib. Kruiz gəmisinin göyərtəsində 129 sərnişin və heyət üzvləri olub.

Nyu-Orlean meri Helena Morenonun sözlərinə görə, zərərçəkənlərin xəsarətləri həyat üçün təhlükə yaratmır.

Toqquşmadan sonra sərnişinlər gəmini tərk etməyə başlayıblar. Su dolan gəmi çevrilib. İnsanların xilası üçün fövqəladə hallar xidmətlərinin, sahil mühafizəsinin əməkdaşları və yaxınlıqdakı gəmilərin heyətləri cəlb olunub.

İlkin məlumatlara görə, tanker idarəetməni itirərək sahilə yan almış kruiz gəmisinə çırpılıb. Hadisənin səbəbləri araşdırılır. Xilasetmə əməliyyatı müddətində Missisipi çayının sözügedən hissəsində gəmilərin hərəkəti dayandırılıb.

ABŞ-nin Nyu-Orlean şəhərində göyərtəsində 130-dan çox insanın olduğu çay kruiz gəmisi ilə tankerin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Məlumata görə, "Atlantic Asphalt" şirkətinə məxsus tanker yerli vaxtla günorta radələrində Missisipi çayındakı dokda "American Heritage" gəmisi ilə toqquşub.

İnsidentdən sonra Nyu-Orlean Universitetinin Tibb Mərkəzi və digər "LCMC Health" xəstəxanaları iyirmiyə yaxın zərərçəkəni qəbul edib.

Zərbənin ardınca kruiz gəmisi böyür üstə aşıb və batmağa başlayıb.

Hadisə yerində aidiyyəti qurumların əməkdaşları çalışır, hadisənin təfərrüatları araşdırılır.

Oxşar xəbərlər

Bakı bulvarında Çay Festivalı keçirilir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər