İran ABŞ ilə müzakirələrin bərpası üçün şərtlərini açıqlayıb
İran ABŞ ilə müzakirələrin bərpa olunması üçün şərtlərini açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi "Habertürk"ə müsahibəsində deyib.
O bildirib ki, hazırda Tehran və Vaşinqton vasitəçi ölkələrin köməyi ilə qarşılıqlı mesajlar ötürür: "Omanın vasitəçiliyi ilə müzakirələr gedirdi. Amma əvvəl İsrailin, sonra ABŞ-nin hücumları ilə üzləşdik. Bu hücumlar müzakirələrin davam etdiyi vaxta təsadüf etdi. Yəni diplomatiya xəyanətə uğradı. Bu, diplomatiyaya qarşı hücum idi".
Nazir müavini söyləyib ki, yeni müzakirələr başlamazdan əvvəl oxşar hücumların olmayacağına dair zəmanətə ehtiyac var: "Diplomatiyaya yenidən xəyanət edilməməsi bizim üçün çox vacibdir. İsrail və ABŞ öz hücumları ilə bizi heyrətləndirdi. Eyni ssenarinin təkrarlanmasını istəmirik. ABŞ bizi əmin etməlidir ki, yenə eyni addımı atmayacaq".
M.Taxt-Ravançinin sözlərinə görə, müzakirələr "qazan-qazan" prinsipi ilə baş tutmalıdır: "Tərəflərin hər ikisi nə isə əldə etdiklərini hiss etməlidir. ABŞ-nin hansısa diktəsini qəbul edə bilmərik. Odur ki, müzakirələrin davam edəcəyinə, həmçinin ABŞ-nin iradəsini diktə etməyəcəyinə əmin olmadan həqiqi dialoqa başlamarıq. Bu müzakirələri sadəcə "dialoq aparırıq" demək üçün istəmirik. Dialoq hər iki tərəfi də razı salacaq nəticə ortaya qoymalıdır. Dediyim kimi, müzakirələr davam edərkən hansısa hərbi hücumlarla yenidən heyrətlənmək istəmirik".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













