Ukrayna Ali Radası "Telegram" plaforması ilə bağlı qanun qəbul edəcək
Ukraynada “Telegram” sosial şəbəkə platformasının fəaliyyətinin tənzimlənməsi üzrə qanun layihəsi sentyabrın sonunadək hazırlanaraq Ali Radaya təqdim olunacaq.
Far.Az-nın “unian”a istinadən xəbərinə görə, bu barədə qərar qanunverici orqanın Humanitar və İnformasiya Siyasəti Komitəsinin iclasında qəbul olunub.
Toplantıda bildirilib ki, sənəd qəbul olunduqdan sonra sözü gedən platformanın sahib olduğu şirkət təsisçi və ya təsisçilər barədə müfəssəl məlumatları Ukraynanın hakimiyyət orqanlarına təqdim etməlidir. Növbəti tələb isə bu sosial şəbəkənin təsisçiləri arasında Rusiya Federal Təhlükəsizlik Xidməti və digər xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin olmaması ilə bağlıdır.
Qanun layihəsinin hazırlanması üçün yaradılacaq xüsusi işçi qrupunun tərkibinə ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin mütəxəssisləri də cəlb olunacaq.
Bir qədər əvvəl Ali Radanın üzvü Nikita Poturayev “Telegram” platforması lehinə olacaq istənilən fikrin hakimiyyət orqanlarının nüfuzuna xələl gətirəcəyini açıqlayıb. Öz növbəsində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qanunun qəbulundan sonra sanksiyalar haqqında qanunvericiliyə də dəyişikliklərin zəruri olduğunu açıqlayıblar.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü
-
BRAVO: 10 İlin Parıltısı













