Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Hasilatın 10,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 20,6 milyard kubmetri "Şahdəniz"in, 1,2 milyard kubmetri "Abşeron" yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib.
Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Gədəbəydə avtomobil aşıb, ölən var
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi













